Kokpit.az xatırlaıdr ki, McLaren komandası Niderland Qran Prisinə ən çox yenilik gətirən komandadır. “Narıncılar” Zandforta Yeni ön əyləc kəfkiri, ön asılqan, altlıq kənarı, arxa asılqan, arxa qanad, tarazlayıcı qanad yenilikkəri ilə gəliblər.
McLaren hazırda Mühəndislər Kubokunda Red Bull komandasından 42 xal geridə qalır. Bu isə o deməkdir ki, Britaniya komandası bu həftəsonu qələbə dublu etsə və Red Bull sürücüləri yarışı bitirə bilməsə, çempionatda liderliyə yüksələcək.
Lando Norris isə birinci sərbəst yürüşlərdə birinci yeri, ikinci sərbəst yürüşlərdə 4-cü yeri tutub. 25 yaşlı pilot Zandfortda ilk günün ardından jurnalistlərə belə açıqlama verib: “Böyük ehtimalla ən sürətli komanda deyilik. Mercedes ilə çox yaxınıq. MAyamidən bəri çox yaxşı formadayıq, amma Mayamidən bu tərəfə maşına elə də böyük yeniliklər gətirməmişik. Bu həftəsonu maşında bir az inkişaf gözləyirik.
Çox pozitivəm, amma hazırda yeniliklərin işləyib-işləmədiyini ya da necə performans göstərdiyini deyə bilmirəm. Yenə də gün yaxşı keçdi, ümid edirəm ki, bir az inkişaf edərik və Mercedes-ə meydan oxuya bilərik.
Bolidə geri qayıtmaq gözəl idi. İlk gün yaxşı keçdi, amma bu gün də bir az inkişaf etməliyik”.
Şərh əlavə et