Kokpit.az xatırladır ki, britaniyalı sürücü cümə srəbst yürüşlərini komanda yoldaşı Corc Rasselldən 0.111 saniyə geridə qalaraq, üçüncü yerdə bağlayıb.
Bu il iki yarış qazanmış Lyuis Həmilton sessiyadan sonra bildirib ki, ilk dövrələrdə təkərləri yaxşı işlədə bilməyib və yarış sazlanmasında çətinlik çəkib: “Cümə günü pis keçmədi. Düzdür, həftəsonuna ən yaxşı formada başlamadıq, amma keçən ilə nisbətən çox böyük fərq var. Buna görə də bolid qətiliklə daha yaxşıdır və artıq ön sıralardayıq.
Soft təkərlərdən doğrudan da ən yaxşı performansı ala bilmədim. Bundan daha yaxşı nəticə qazana biləcəyimizə inanıram. Ancaq sazlanmaların üzrəində bir az da işləmək lazımdır. Ondan başqa hər şey qaydasındadır.
Yarış tempi barədə danışmaq çox çətindir. Sürətli olduğumu deyə bilmirəm, amma vahid dövrə üçün seçdiyim sazlanmada sürərkən yarış tempində çətinlik çəkdim.
Bəli, bu həftəsonu ön sıralanrdayıq, amma birinciliyi ala bilərik? Onu bilmirəm. Ən azından beşliyə düşə bilirik.
Artıq maşını çox daha yaxşı anlayırıq. Buna görə də ən başda doğru addımı atmaq və daha sonra kiçik sazlanmalar etmək işimizi daha da gözəlləşdirəcək”.
Şərh əlavə et