Kokpit.az xatırladır ki, Red Bull komandası son yarışlarda çətinliklər yaşasa da, həm Sürücülər Çempionatında liderliyini qoruyur. Lakin son beş yarışda McLaren komandası “qırmızı öküzlər”ə çox yaxınlaşıb və bu da Avstriya kollektivində gərginliyi artırır.
Xüsusən də Serxio Peresin performansı hamını narahat edir. İlk beş yarışda 4 podium qazanmış meksikalı sürücü Çin yarışından sonrakı 9 yarışda cəmi 45 xal toplaya bilib.
Buna baxmayaraq komandanın rəhbəri Kristian Horner sürücüsü Serxio Peresə olan inamını itirmir və onu dəstəkləyir: “İnanırıq ki, hazırda ən güclü iki sürücüyə sahibik. Əgər fərqli alternativimiz olsaydı, indiyə kimi dəyişidirərdik.
Mövsümün əvvəlində Peres ilk 5 yarışın dördündə podium qazanmışdı. Bu performansını yenidən geri qazanması üçün ona ehtiyacı ola bütün dəstəyi veririk. Onun yenidən köhnə formasına qayıtması üçün əlimizdən gələni edirik. Bundan başqa hamımız bilirik ki, Formual 1-də hər sürücü təzyiq altında olur və bu təzyiqə nəzarət etmək uğur üçün çox vacibdir”.
Şərh əlavə et