Kokpit.az bildirir ki, Williams komandasının altlığı qaydalara zidd olduğu üçün taylandlı sürücü Niderlan Qran Prisinin sıralanma turundan diskvalifikasiya oluna bilər.
FİA bu barədə belə açıqlama verib: “Sıralanma turundan sonra 23 nömrəli maşında aerodinamik komponentlər və şassi nəzərdən keçirilib. Altlıq gövdəsi 3.4.1 a maddəsinə ziddir. Bu mövzu dəyərləndirmələri üçün yarış komisarlarına göndərilib”.
Qeyd edək ki, Aleks Elbon sıralanma turunda 7-ci yeri tutmuşdu.
Şərh əlavə et