Xəbəri Kokpitdə Oxuyun!

Elbon diskvalifikasiya oluna bilər

Williams komandaının sürücüsü Alek Elbonun bolidi FİA-nın Formula 1 Texniki Nümayəndələri tərəfindən komisarlara bildirilib. Səbəb isə bolidin qaydalara zidd olmasıdır.

Kokpit.az bildirir ki, Williams komandasının altlığı qaydalara zidd olduğu üçün taylandlı sürücü Niderlan Qran Prisinin sıralanma turundan diskvalifikasiya oluna bilər. 

FİA bu barədə belə açıqlama verib: “Sıralanma turundan sonra 23 nömrəli maşında aerodinamik komponentlər və şassi nəzərdən keçirilib. Altlıq gövdəsi 3.4.1 a maddəsinə ziddir. Bu mövzu dəyərləndirmələri üçün yarış komisarlarına göndərilib”.

Qeyd edək ki, Aleks Elbon sıralanma turunda 7-ci yeri tutmuşdu.

Rauf Hacıyev

Şərh əlavə et