Kokpit.az xatırladır ki, britaniyalı sürücü cümə sərbəst yürüşlərində Oskar Piastrini qabaqlayıb və günü zirvədə bitirib. Onun komanda yoldaşı Lyuis Həmilton isə üçüncü yeri tutub. İki sürücü arasında 0.111 saniyə fərq olub.
Niderlanddakı cümə sərbəst yürüşlərindən sonra danışan Corc Rassell boliddən razı qaldığını deyib: “Geri qayıtmaq doğrudan da çox çətin idi, çünki hava küləkli idi. Böyük ehtimalla son bir neçə ildəki ən küləkli hava idi.
Amma bolid doğrudan da çox yaxşı performans göstərir. Qətiliklə deyirəm ki, gözlədiyimiz kimi işləyir.
Bu həftəsonu McLaren-lə və Maks Ferstappen ilə bizi çox yaxşın mübarizə göstərir. Ancaq şənbə günü hər şey fərqli ola bilər.
Geri qayıtdığım üçün çox həyəcanlıyam və sıralanma turundakı o mübarizəni və həyəcanı hiss etmək üçün çox səbirsizlənirəm. Yarış üçün çox darıxmışam”.
Şərh əlavə et