Kokpit.az xatırladır ki, Ferrari mövsümün ilk yarışlarında ən sürətli ikinci komanda təəssüratı yaratsa da, İspaniya Qran Prisinə gətirdikləri yeniliklərdən sonra geriləyib və hazırda ən sürətli 4-cü komandadır. “Qırmızılar” McLaren və Mercedes-in gerisinə düşüblər.
Lakin Şarl Lekler yenə də komandasına güvənir: “Artıq bolidimizlə bağlı qəti fikrə sahibik və hansı yönə getməli olduğumuzu bilirik. Bir az geridəyik, amma SF-24-ə gətirəcəyimiz yeniliklərin bizi keyfiyyət cəhətdən önə aparacağına əminəm.
Hazırda Formula 1 tamamilə xırdalıqlara bağlıdır. Buna görə də mövsümün geri qalanında gücümüzü yenidən toplayacağımızı düşünürəm. Mövsümün ikinci yarısı üçün enerjimi tamamilə toplamışam. İndi düşünüdüyüm tək şey yaxşı performans göstərmək olacaq”.
Şərh əlavə et