Kokpit.az bildirir ki, avstraliyalı sürücü yay tətilindən əvvəlki ən az üç yarışda qırıq qabırğa ilə yarışıb. Gənc sürücü bildirib ki, o hətta Macarıstanda qırıq qabırğa ilə yarışıb və o formada karyerasının ilk yarışını qazanıb.
Oskar Piastri qırılma səbəbi olaraq oturacaqdakı sıxılma nöqtəsini görür: “Oturacağı təbii ki, ilin əvvəlində düzəldirsiniz və bəzən bir az səhv edirsiniz. Bəzi traslarda bu üzə çıxmır, amma məncə, Barselona, Avstriya, Silverstoun kimi çox çətin üç trasdan sonra bu hal üzə çıxmağa başladı.
Şərh əlavə et