Kokpit.az bildirir ki, Britaniya komandası Niderland Qran Prisinə yeni əyləc kəfkiri, ön asılqan, altlıq kənarı, arxa asılqanda dəyişiklik, arxa qanad və tarazlayıcı qanad gətirib.
Red Bull komandası isə yeni motor qapağı, halo və güzgü yeniliyi ilə gəlib. Williams komandası yeni altlıq, diffuzor, saytpod girişi, motor qapağı və hava girişi ilə Zandforta gəlib.
Çempionatın digər favoritləri Mercedes, Ferrari və Aston Martin isə heç bir yenilik gətirməyib.
Bu həftəsonu gətirilən yeniliklər:
- Red Bull: Motor qapağı, halo, güzgü
- Mercedes: Yenilik yoxdur
- Ferrari: Yenilik yoxdur
- McLaren: Yeni ön əyləc kəfkiri, ön asılqan, altlıq kənarı, arxa asılqan, arxa qanad, tarazlayıcı qanad
- Aston Martin: Yenilik yoxdur
- Alpine: Ön asılqan, arxa əyləc kanalı
- Williams: Altlıq gövdəsi, diffuzor, saydpod girişi, motor qapağı, hava girişi
- RB: Arxa əyləc kanalı
- Sauber: Yenilik yoxdur
- Haas: Ön qanad, burun, ön asılqan, deflektor
Şərh əlavə et