Kokpit.az bildirir ki, Niderlandda birinci sərbəst yrüşlər yağışlı havada başlayıb. Əksər sürücülər sessiyanın ilk dəqiələrində boksdan çıxmayıblar. Trasa çıxan sürücülər isə göy loqolu yağış təkərlərini seçiblər.
Niko Hülkenberq trasdan sürüşərək çınqıllı zonaya çıxsa da, divara çırpılmayıb və trasa geri qayıda bilib. Sauber komandasında Valtteri Bottası əvəz edən Robert Şvartsman isə trasda bir neçə dövrə vurub və yenidən boksa qayıdıb. Ferrari komandasının sürücüsü Karlos Sayns da trası yoxlayan sürücülərdən biri idi.
Sessiyada 16 dəqiqə geridə qaldıqdan sonra Şarl Lekler ən sürətli sürücü olub. Monakolu sürücü yağış təkərləri ilə 1.26.430 zirvədə yer alıb. Leklerin ən yaxın izləyicisi 1.27.620 zaman nəticəsi ilə Niko Hülkenberq olub.
Mercedes komandasından Corc Rassell trasa çıxaraq, sürətli dövrəyə başlayıb. Britaniyalı sürücü 1.26.828 zaman nəticəsi ilə Hülkenberqi keçərək, ikinci yerə yüksəlib.
McLaren komandasının sürücüləri də trasa çıxaraq, sürətli dövrəyə başlayıblar. Lakin hər iki sürücü də dövrələrini yarıda saxlayaraq, pitə gəliblər.
Sessiyanın yarısı geridə qalarkən Maks Ferstappen trasa çıxıb. Niderlandlı sürücü yaşıl loqolu keçid təkərlərini seçib. Üçqat Dünya Çempionu ikinci sektorun sonunda lider Lekleri 2.5 saniyə qabaqlayaraq, gəlirdi. Lakin bir döngədə kerblərə təmas edərək yerində fırlanıb. Qısa müddət ərzində sarı bayraqlar çıxıb. Lakin Maks bolidin idarəetməsini düzəldərək, yoluna davam edib.
Maks Ferstappen yenidən sürətli dövrəyə başlayıb. O, 1.21.300 zaman nəticəsi ilə zirvəyə oturub. Daha sonra Lyuis Həmilton və Corc Rassell keçid təkərlərini götürüblər. Rassell 1.20.44 zaman nəticəsi ilə Maks Ferstappeni zirvədən endirib.
Tras quruduqca əksər sürücülər yaşıl loqolu keçid təkərlərini götürməyə başlayiblar. Lando Norris 1.20.392 zaman nəticəsi ilə liderliyə yüksəlib.
Tras sürüşkən olduğu üçün əksər sürücülər trasdan çıxıblar. Lakin heç biri bariyerlərə çırpılmadan trasa geri qayıda biliblər.
Sessiyanın bitməsinə 10 dəqiqə qalmış tras əməlli-başlı quruyub. Bununla da Lando Norris, Oskar Piastri, Corc Rassell, Fernando Alonso kimi pilotlar Soft təkərlərə keçiblər. Lando Norris 1.17.367 zaman nəticəsi ilə liderliyə yüksəlib. Onu Corc Rassell və Oskar Piastri izləyiblər. Daha sonra Oskar Piastri və Corc Rassell 45 saniyəlik dərəcələr düşüblər. Corc Rassell 1.15.900 zaman nəticəsi ilə liderliyə yüksəlib.
Sürətli dövrələr ardıcıl formada əl dəyişdirməyə başlayıb. Lando Norris Corc Rasselldən yenə liderliyi alıb. Daha sonra Oskar Piastri və Corc Rassell qısa fasilələr ərzində lider olublar. Sessiya ərzində gözə görünməyən Lyuis Həmilton Soft təkətlərə keçdikdən sonra ilk sektorda hamıdan sürətli olub. O, bu tempi hesabına ikinci yerə yüksəlib.
Artıq sessiyanın bitməsinə az vaxt qalmış Maks Ferstappen son dövrəsini vurub və qısa müddətlik də olsa, liderliyə yüksəlib. Lakin gerədən gələn Lando Norris liderliyi niderlandlı sürücüdən alıb.
Beşliyi Mak Ferstappen, Lyuis Həmilton, Karlos Sayns və Corc Rassell tamalayıblar. Saynsdan başqa digər sürücülər sürətli dövrələrini Soft təkərlə vurublar.
Sıra | Sürücü | # | Dövrə | Nəticə | Fərq |
---|---|---|---|---|---|
1 | L. Norris | 4 | 17 |
1:12.322 |
– |
2 | M. Ferstappen | 1 | 13 |
1:12.523 |
0.201 |
3 | L. Həmilton | 44 | 13 |
1:13.006 |
0.483 |
4 | K. Sayns | 55 | 15 |
1:13.074 |
0.068 |
5 | C. Rassell | 63 | 17 |
1:13.142 |
0.068 |
6 | A. Elbon | 23 | 14 |
1:13.159 |
0.017 |
7 | O. Piastri | 81 | 14 |
1:13.230 |
0.071 |
8 | N. Hülkenberq | 27 | 18 |
1:13.563 |
0.333 |
9 | K. Maqnussen | 20 | 15 |
1:13.597 |
0.034 |
10 | Q. Çjou | 24 | 15 |
1:13.965 |
0.368 |
11 | L. Stroll | 18 | 14 |
1:14.151 |
0.186 |
12 | S. Peres | 11 | 12 |
1:14.279 |
0.128 |
13 | C. Lekler | 16 | 15 |
1:14.306 |
0.027 |
14 | Y. Tsunoda | 22 | 13 |
1:14.418 |
0.112 |
15 | F. Alonso | 14 | 15 |
1:14.467 |
0.049 |
16 | R. Şvartsman | 97 | 15 |
1:14.658 |
0.191 |
17 | L. Sarcent | 2 | 12 |
1:15.605 |
0.947 |
18 | E. Okon | 31 | 15 |
1:15.796 |
0.191 |
19 | D. Rikkardo | 3 | 15 |
1:16.231 |
0.435 |
20 | P. Qasli | 10 | 8 |
1:22.036 |
5.805 |
Şərh əlavə et