Kokpit.az xatırladır ki, Ferrari mövsümün ilk yarışlarında ən sürətli ikinci komanda təəssüratı yaratsa da, İspaniya Qran Prisinə gətirdikləri yeniliklərdən sonra geriləyib və hazırda ən sürətli 4-cü komandadır. “Qırmızılar” McLaren və Mercedes-in gerisinə düşüblər. Buna görə də italyanlar hərtərəfli təhlilə başlayıblar.
Karlos Sayns bu acı reallığı qəbul edir və düşünür ki, hazırda ən böyük rəqibləri Red Bull komandasıdır: “Komanda mövsümün və xüsusən də ilk yarının təhlilini apardı. Bizim əsas məqsədimiz yeniliklərlə bağlı yaşadığımız problemləri tamamilə anlamaqdır. Sonrakı yeniliklərdə isə lazımi qədər inkişaf etməliyik.
Rəqiblərimiz inkişaf yarışında çox yaxşı işlədilər. Mercedes və McLaren bizi keçdi. Red Bull yenə də rəqabətədavamlı görünür. Əgər yenidən mübarizəyə qayıtmaq istəyirikdə, yeniliklərin nəyə görə işləmədiyini tamamilə anlamalıyıq. Bu prosesdə doğru yolu tapmağa çalışırıq və növbəti hədəfimizə çatmağı planlaşdırırıq”.
Şərh əlavə et