Kokpit.az xatırladır ki, “yaşıllar” bu mövsüm heç də ürəkaçan performans göstərmirlər. Onların builki ən yaxşı nəticələri Səudiyyə Ərəbistanındakı beşincilikdir. Halbuki, Aston Martin 2023-cü ilin ilk 8 yarışında Fernando Alonso ilə 6 podium qazanaraq, hamının diqqətini cəlb edə bilmişdi.
Mercedes və Mclaren komandaları mövsüm başlayanda xeyli inkişaf ediblər. Mercedes 3 yarış, McLaren isə 2 yarış qazanıb. Aston Martin-də isə işlər heç də qaydasında getmir. İmolaya gətirdikləri altlıq, ön qanad və diffuzor yenilikləri heç də yaxşı işləməyib. Buna görə komanda inkişaf yönünün yenidən tapmağa çalışıb.
Yay tətilindən əvvəl Macarıstan Qran Prisinə komanda daha çox yenilik gətirib. Ön qanad, altlıq və diffuzor dəyişilib. Fernando Alonso Aston Martin komandasının Barselona və Avstriyadakı uğursuzluğunu düzgün olmayan sazlanmalaya bağlayır.
İkiqat Dünya Çempionu Niderland Qran Prisindən əvvəl mövsümün ikinci yarısından olan gözləntilərini bildirib: “Hər yarışda 9 ya da 10-cu yer uğrunda mübarizə aparırıq. İlk 4 komanda hər yarışda bizi 30-45 saniyə qabaqlayır. Səkkizliyə düşmək üçün öndəki maşınların mübarizəni dayandırmasını gözləyirik.
yəni ki, doqquz ya da onuncu yerləri təmin etmək də o qədər asan deyil. Əslində son yarışlarda bunu belə bacara bilmədik. Bundan sonra belə görünür ki, hər həftəsonu xal qazanmaq və sıralanma turunda son sessiyaya keçmək əsas hədəfimiz olacaq. Ancaq bu nəticələr medalın görünən tərəfidir.
Arxa planda isə növbəti mövsümün maşınını hazırlamaq üçün test etmək istədiyimiz çoxlu detal, maşınla bağlı ideya və bunun kimi başqa şeylər var.
Buna görə də qalan 10 yarış üçün ən motivasiyam ya da ən böyük ümidim bu olacaq. Məqsədimiz beynimizdə olan sual işarələrinə ən yaxşı formada cavab tapmaq və mövsümü qəti bir fikirlə tamamlamaqdır.
Xal qazanıb-qazanmamaq hazırda vacib deyil, amma növbəti mövsüm üçün doğru yolda olduğumuza əmin olmalıyıq”.
Qeyd edək ki, Aston Martin komandası hazırda 73 xal toplayıb və Mühəndislər Kubokunda 6-cı yerdədir. Onlar beşinci yerdəki Mercedes-dən 193 xal geri qalırlar.
Şərh əlavə et