Kokpit.az xatırladır ki, britaniyalı sürücü keçən ay Belçika yarışını qazansa da, bolidi normal çəkidən 1.5 kiloqram yüngül olub və buna görə də yarışdan diskvalifikasiya olunub.
Corc yarışda bir pit-stoplu strategiya seçmiş və yarışın sonlarında komanda yoldaşı Lyuis Həmiltona qarşı yaxşı müdafiə olunaraq yarışda qalib olmuşdu. Yay tətili ərzində çəki azalmasının başlıca səbəbini məhz bir pit-stoplu strategiyada görürdülər. Səbəb isə təkərlərin çox yeyilərək maşını yüngülləşdirməsi idi.
İndi isə bu çəki azlığının səbəbini 3 şeyə bağlayırlar: Təkər yeyilməsi, altlığın yeyilməsi və isti havada keçən Spa yarışında Corc Rassellin həddən artıq çəki itirməsi. Yarışdan sonra maşında qalan yanacaq boşaldılmış, amma bolidlə Rassellin cəmi ağırlığı normadan aşağı olmuşdu.
Komanda əvvəldən bolidə əlavə çəki qoyaraq bu problemi aradan qaldıra bilərdi. Lakin Corc Rassell belə düşünmür: “Daha çox çəki götürmək lazım deyildi, sadəcə bəzi proseslər düzgün getmədi.
Yarışdan əvvəl bir az yüngül olduğumu bilirdim, ancaq böyük dəyişiklik etmək üçün çox gec idi. Məsələn, bir steyk yemək olardı. Amma yarışdan əvvəl düzgün olmazdı.
Ancaq geriyə dönüb baxanda bəzi şeyləri daha yaxşı edə bilərdik. Amma gələcəkdə bunlardan dərs çıxarıb, daha yaxşı işlər görəcəyik. Həmişəki kimi problemi anlamaq üçün əvvəl səhv etməlisiniz”.
Corc Rassell diskvalifikasiya olunduqdan sonra hiss etdiklərindən də danışıb: “Limitləri aşmaları üçün komandaya uzun müddətdir ki, təzyiq edirəm. Əgər gördüyünüz işlərdə diqqətli olsanız, heç vaxt diskvalifikasiya olmazsınız. Sürüş vaxtı səhv etməzsiniz, yerinizdə fırlanmazsınız. Amma real potensialın necə olduğunu da bilməzsiniz.
Çəki limitinin altında olduğumuz yarış qazandığımız yarış oldu və bu çox əsəbpozucudur. Lakin heç məyus deyiləm, çünki bu işdə birlikdəyik və bu hal bizi daha güclü edəcək.
O yarışda 25 xal itirsəm də, dəbilqəmi saxladım. Digər iki qələbəmlə birlikdə ən başqa olacaq. Komanda ilə birlikdə qələbəni qeyd etmək karyeramın ən gözəl anlarından idi. Buna görə də baş verənlərdən müsbət dərslər çıxaracağam”.
Şərh əlavə et