Xəbəri Kokpitdə Oxuyun!

Louson gələn il yarışacaq?

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Liam Louson növbəti mövsümdə Formula 1-də yarışacaq

Kokpit.az xatırladır ki, Liam Louson Formula 2-də yaxşı performans göstərdikdən sonra Formula 1-də yarışmaq istəsə də bu arzusu reallaşmayıb. O, keçən il bir neçə yarışda zədələnmiş Daniel Rikkardonu əvəzləmiş və qənaətbəxş nəticələr əldə etmişdi.

Lakin yeni zellandiyalı sürücünün müqaviləsində bir maddə var. Əgər Red Bull sentyabr ayına qədər ona təklif verməsə, o, “qırmızı öküzlər”in sıralarını tərk edə bilər.

Lakin Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko təsdiq edib ki, Liam Louson gələn il Formula 1-də olacaq: “Qətiliklə deyirəm ki, gələn il maşınlarımızdan birində olacaq”.

Gənc Lousonun hansı komandada olacağı hələ dəqiq deyil. Lakin onun Red Bull-da debüt etməsi də gözardı edilmir.

Hazırda Red Bull-da çıxış edən Serxio Peresin performansından heç kim razı deyil. Əgər o performansını artırmasa, mövsümün sonunda Red Bull-dan qovula bilər.

Helmut Marko bu barədə belə danışıb: “Çeko stabil formada əvvəlki tempinə çatsa, çox sevinəcəyik. Ancaq sıralanma turu və yarışın bəzi hissələrində performansında dalğalanma əmələ gəlir. Stabil deyil və əsas problem budur”.

Rauf Hacıyev

Şərh əlavə et