Kokpit.a xatırladır ki, yay tətilindən əvvəl dörd komanda arasında gərgin mübarizə gedib. Mövsümün ilk yarısında 4 fərqli komanda, 7 fərqli sürücü yarış qazanıblar
Ferrari mövsümün ilk yarışlarında ən sürətli ikinci komanda təəssüratı yaratsa da, İspaniya Qran Prisinə gətirdikləri yeniliklərdən sonra geriləyiblər və hazırda ən sürətli 4-cü komandadır.
“Qırmızılar”ın rəhbəri Frederik Vassyör bu həftəsonu Zandfortda yaxşı nəticə qazanmaq istədiklərini deyib: “Yay tətilindən əvvəl keçirilən son Belçika yarışında yaxşı performans göstərdik. Şarl poul qazandı və podiuma yüksələrək, bizim özümüzə olan inamımızı artırdı.
Zandfort quruluşuna görə Spa-dan tamamilə fərqlənən trasdır. Saha qısa, daha dar və çoxlu döngəli quruluşa sahibdir.
Bu həftəsonu hər şeyi doğru etməliyik. Xüsusən də sıralanma turu çox vacib olacaq, çünki Zandfortda ötmə etmək çox çətindir. Həmişəki kimi boliddən maksimumu çıxarmağa çalışacağıq.
Sazlanmaları tez bir zamanda tapmaq, pit yolunda yaxşı işləmək və yaxşı performans göstərməliyik. Hər şey yenə də saniyənin yüzdə birindən asılı olacaq”.
Şərh əlavə et