Kokpit.az xatırladır ki, ikiqat Dünya Çempionu hazırda peletondakı ən yaxşı sürücülərdən sayılır. O, Formula 1-dəki çempionluqlarından başqa 24 saatlıq Le Man marafonunda və Dözümlülük Yarışlarındakı uğurları ilə də seçilib. Bunlardan başqa İndy 500 və Dakar Rallisi kimi əfsanəvi marafonlarda da iştirak edib.
Felipe Nasr daha əvvəl Formula 1-də yarışıb və Fernando Alonso ilə rəqib olub. Sauber komandasının sabiq pilotu düşünür ki, Fernando Alonso bütün dövrlərin ən hərtərəfli pilotlarından biridir: “Alonso McLaren-də yarışanda və peletonun orta sıralarında mübarizə aparanda belə çox şan-şöhrətli idi. O, idman tarixinin ən yaxşı sürücülərindən biridir. Buna şübhə yoxdur.
Fərqli maşınlarda və fərqli vəziyyətlərdə çox yaxşıdır. Doğrudan da hərtərəfli pilotdur. Təcrübəsindən çox yaxşı istifadə edir. İstedadından başqa təcrübəsi də çox dəyərlidir”.
Qeyd edək ki, Fernando Alonso hazırda peletonun ən yaşlı pilotudur. Buna baxmayaraq ispaniyalı sürücünün 2026-cı ilin sonuna qədər müqaviləsi var.
Şərh əlavə et