Kokpit.az xatırladır ki, britaniyalı mütəxəssis gələn ilin əvvəlində Red Bull ilə yollarını ayıracaq. Onun Aston Martin komandasına keçməsi gözlənilir.
Ədrian Nyui verdiyi açıqlamada bu ayrılıqla bağlı bunları deyib: “Red Bull-dan ayrılmaq qərarını vermək mənim üçün doğrudan da çətin idi, amma bəzi səbəblərə görə bunu etməli idim.
Lakin müsbət tərəflərə baxsaq, ən vacibi bu idi. Bir fasiləyə ehtiyacım var idi və hazırda hər şey yaxşı gedir. Eyni zamanda gələn ilin ilk rübünə qədər Red Bull-un hiperkarı RB-17-nin üzərində rahatlıqla işləyə biləcəm.
Daha sonra Red Bull ilə tərəfdaşlığım bitdiyində uzaqdan hiperkar layihəsi üzərində işləməyə davam edəcəm.
Dəzgah üzərində testlər başlayanda və maşın trasa çıxarılanda o proseslər də qatılacağam, çünki bu maşın üçün çox enerji sərf etmişəm.
RB17 layihəsi üzərində əksər hallarda işdən sonra axşamlar ya da həftəsonları işləyirəm. Layihəni bu mərhələdə qoyub gedə bilmərəm”.
Qeyd edək ki, Ədrian Nyui Red Bull komandası ilə artıq işləmir. O, sadəcə Red Bull-un hiperkarı olan RB17 üzərində iş görür.
Şərh əlavə et