Kokpit.az bildirir ki, italyan sürücü birinci sərbəst yürüşlərdə çıxış edəcək. Bunun səbəbi isə qaydalardır. Qaydalara görə hər sürücü hər komanda ən az iki həftəsonunda sərbəst yürüşlərdə gənc sürücülərlə işləməlidirlər. Mercedes komandası bunun üçün əvvəlki illərdə Frederik Vesti və Nik de Vrizin xidmətlərindən istifadə etmişdi. Lakin bu il iki həftəsonuna da Kimi Antonellinin qatılması gözlənilir.
Hazırda Kimi Formula 1-ə hazırlaşır və Mercedes-in köhnə bolidləri ilə testlər edir. Lakin o hələ də rəsmi həftəsonunda sükan arxasına keçməyib.
Beləliklə gənc italyan karyerasında ilk dəfə rəsmi yarış həftəsonunda trasa çıxacaq və bunu öz vətənində edəcək.
Qeyd edək ki, Mercedes komandası Kimi Antonellini növbəti mövsümdə Lyuis Həmiltonun yerinə komandaya gətirmək istəyir. Hətta bəzi resurslar artıq müqavilənin bağlandığını və rəsmi açıqlamanın bu həftəsonu ediləcəyini bildiriblər.
Şərh əlavə et