Xəbəri Kokpitdə Oxuyun!

A.Elbon yeniliklər üçün səbirsizlənir

Williams komandasının sürücüsü Aleks Elbon bildirib ki, mövsümün ikinci yarısına hazırdır.

Kokpit.az xatırladır ki, mövsümün ilk yarısı Williams üçün qənaətbəxş keçib. Onlar keçənilki performanslarını göstərə bilməsələr də, hazırda Mühəndislər Kubokunda 8-ci yerdədirlər.

Britaniya komandası Niderland Qran Prisinə yeniliklərlə gələcəkAleks Elbon onları test etmək üçün səbirsizlənir: “Yay tətilindən sonda özümü gümrah hiss edirəm və qayıtmaq üçün hazıram. Zandfort geri qayıtmaq üçün həmişə ən yaxşı yarış olub, çünki burada azarkeşlər həftəsonuna yaxşı enerji qatırlar.

Trasa gəldikdə isə Zandfort həmişə çətin tras olub. Texniki trasdır və çətin döngələrinə görə diqqəti cəlb edir. Burada təkər yeyilməsi də çox olur. Lakin keçən il burada yaxşı performans göstərmiş və ilin ən yaxşı sıralanma turu nəticələrindən birini qazanmışdıq.

Bundan başqa bu həftəsonu bolidə yeniliklər gətirəcəyik. Yeniliklərlə birlikdə FW46-nın necə performans göstərəcəyini görmək üçün çox səbirsizlənirəm”.

Rauf Hacıyev

Şərh əlavə et