Xəbəri Kokpitdə Oxuyun!

Sauber adını dəyişə bilər

Niderlandın mərc kantoru olan Kansspelautoriteit (Ksa) bu həftəsonu Zandfortda Stake F1 komandasının adının dəyişməsini istəyir.

Kokpit.az xatırladır ki, Formula 1 yay tətilindən sonra Niderland Qran Prisi ilə qayıdır. Ancaq Niderland höküməti Avstaliyanın qumar şirkəti olan Stake-in adını yasaqlamaq üçün artıq işə başlayıb.

Qumar reklamları Niderlandda qanunsuz deyil, ancaq Stake-in ölkədə lisenziyası yoxdur deyə istifadəsi və reklamı qanunsuzdur. Lakin Niderlandda Stake-in saytına girmək mümkündür. Buna görə də Niderland höküməti Formula 1 rəhbərliyindən və komandadan bu adın istifadəsini istəmədiyini bildirib.

Stake mövsümün əvvəlində Kick Sauber adı ilə yayımlanmışdı, çünki Avstraliya, İspaniya və Belçikada qumar reklamları yasaqdır. Təqvimdə komandanın adını istəməyən bir ölkə qalıb. Bu da qumar reklamlarının yasaq olduğu Qətərdir.

Ksa saytının verdiyi xəbərə görə Niderland höküməti Formula 1-dən və Sauber komandasından bu adın istifadə edilməməsini istəyib, çünki Stake-in ölkədə lisenziyası yoxdur.

Xəbərdə belə yazılıb: “Stake tərəfindən tədbirlər alınsa da, Ksa niderlandlı istifadəçilərin bu sayta girdiyini görür.

Buna görə də Ksa Niderland yarışında qanunsuz qumar şirkətinin reklam olunmasını istəmir.

Bu tədbir balaca uşaqlar və gənclərin marağını cəlb edir. Buna görə də Ksa-nın idarə heyəti Sauber komandasından tələb edib ki, Niderland Qran Prisində Stake adı altında yarışmasın və reklamını etməsin”.

Rauf Hacıyev

Şərh əlavə et