Kokpit.az xəbər verir ki, brendin Sindelfingendəki Factory 56 zavodunda S-Class yalnız bir növbədə istehsal olacaq. Mercedes sözçülərinin Almaniyanın Automobilwoche mənbəyinə verdiyi açıqlama belədir: “Fabrikdə istehsalın dördüncü rübdə bir növbəyə keçirilməsi və işçilərin bir hissəsinin fabrikin digər istehsalat sahələrinə təyinatı planlaşdırılır”.
Lakin məsələ bununla yekunlaşmır. Mercedes-in bütün flaqmanlarına tələbin azalması müşahidə olunur. Bütün S-Class, EQS, EQS SUV və GLS ailəsi ilin birinci yarısında cəmi 33 400 ədəd satılıb. İlin birinci yarısına olan məlumata görə, azalmaların ümumi sayı demək olar ki, 25 faiz təşkil edib. Mercedes-in ən çox gəlir gözlədiyi bu qrupun ümumi satışlarda payı 16 faizdən 14 faizə düşüb. Bu, deyəsən, şirkətin ilin ikinci rübündə zərərlə üzləşməsinə səbəb olub.
Cəmi dörd il əvvəl açılmış Factory 56 Mercedes-in xüsusi modellərini istehsal etmək üçün nəzərdə tutulub. S-Class, EQS, Maybach və AMG modellərini istehsal edən bu müəssisə tamamilə rəqəmsallaşdırılıb. 1500 nəfəri qəbul edən obyekt açıldığı gündən iki növbəli işləyir. Bu qərardan sonra, deyəsən, işdən çıxarılma prosesi başlayacaq.
Şərh əlavə et