Kokpit.az xəbər verir ki, Zandfortda yarış həftəsonu başlamazdan əvvəl Bonninqtonun Mercedes-lə müqaviləsini uzadıb və vəzifəsində yüksəlməsi məlum olub. Niderland Qran Prisindən etibarən Peter komandanın baş yarış mühəndisi olacaq, lakin Həmiltonun yarış mühəndisi kimi işləməyə davam edəcək.
Buna görə də Lyuis gələn il yeni yarış mühəndisi ilə işləməli olacaq. Ferrari onun kim olacağını hələ açıqlamayıb, lakin çox güman ki, o, Karlos Saynsın hazırkı yarış mühəndisi Rikkardo Adami olacaq. Qeyd edək ki, Adami Saynsdan əvvəl Sebastyan Fettellə çalışıb.
Şərh əlavə et