Kokpit.az xatırladır ki, McLaren komandası mövsümün ilk yarısında Lando Norris ilə Mayamidə, Oskar Piastri ilə Macarıstanda iki yarış qazanıb. Hazırda “narıncılar” Mühəndislər Kubokunda lider Red Bull-dan 42 xal geridə qalırlar.
Lakin Sürücülər Çempionatında vəziyyət qəlizdir, çünki Maks McLaren-in rəhbəri Zek Braun bildirib ki, mövsümün ikinci yarısında əsas hədəfləri Dünya Çempionluğunu qazanmaq olacaq.Ferstappen ən yaxın izləyicisi Lando Norrisi hazırda 78 xal qabaqlayır.
Buna görə də Britaniya komandası əsasən Mühəndislər Kuboku barədə düşünür. Üstəlik Red Bull komandasında Serxio Peresin qeyri stabil çıxışı McLaren-in Mühəndislər Kubokundakı ümidini artırır. Həm də McLaren komandasında hər iki sürücü də çox stabildir.
Mövsümün sonuna artıq 10 yarış qalıb. McLaren-in rəhbəri Zek Braun isə bildirib ki, onlar üçün artıq tək hədəf var – Çempionluq!
Zek Braun: “Hədəfimiz qətiliklə Dünya Çempionluğunu qazanmaqdır. Mübarizə davam edir, amma asan olmayacaq.
Məncə, komandamız çox güclüdür və titul uğrunda mübarizə çox yaxın keçir. Hazırda olduğumuz yerdən çox razıyam. Komanda olsaydım, McLaren-dən başqa yerdə olmaq istəməzdim”.
McLaren-in hazırkı formasına görə təkcə Red Bull yox, Mercedes komandası da narahat olmalıdır.
McLaren mövsümün ilk yarışlarından yaxşı təəssürat bağışlasa da, mövsümün gedişatından Mercedes sürətləndi və mövsümün ilk yarısında üç qələbə əldə etdi.
Zek Braun bildirib ki, o, bütün rəqiblərini heyranlıqla və narahatlıqla izləyir: “Bütün rəqiblərimizə görə narahatıq. Mercedes qətiliklə özünə gəlib. Buna görə də düşünürəm ki, bizim üçün çətin olacaq. Ferrari bir az geriləyib, amma sadəcə bir az… Yəni ki, bir yeniliklə yenidən zirvə uğrunda mübarizə apara bilərlər”.
Şərh əlavə et