Xəbəri Kokpitdə Oxuyun!

S.Peresin yarış mühəndisi dəyişir

Red Bull komandası növbəti 4 yarış üçün serxio Peresin yarış mühəndisini dəyişdirmək qərarına gəlib. 

Kokpit.az xatırladır ki, meksikalı sürücü mövsümün ilk yarısında gözləntiləri qarşılaya bilməyib və Çin yarışından sonra podium üzünə həsrət qalıb.

Buna görə də komanda bu həftəsonu keçiriləcək Niderland Qran Prisi də daxil olmaqla növbəti 4 yarışda Serxio Peresə yeni yarış mühəndisi verəcək.

Meksika mətbuatının verdiyi xəbərə görə 2021-ci ildən etibarən Serxio Peresin yarış bühəndisi olan Hyu Börd növbəti dörd yarışda atalıq məzuniyyətinə çıxacaq. Buna görə də Zandfort, Montsa, Bakı və Sinqapurda Bördü Riçard Vud əvəz edəcək.

Vud hazırda Serxio Peresin performans mühəndisidir. O, bu ilin Emiliya Romanya və Macarıstan Qran Prilərinin ilk sərbəst yürüşlərində  meksikalı sürücüyə yarış mühəndisliyi etmişdi. Vud ilə işləməyin Serxio Peresdə necə təsir edəcəyi hamıya maraqlıdır. Bu performans 2025-ci il üçün çox vacib olacaq.

 

 

Rauf Hacıyev

Şərh əlavə et