Kokpit.az xatırladır ki, meksikalı sürücü mövsümün ilk yarısında gözləntiləri qarşılaya bilməyib və Çin yarışından sonra podium üzünə həsrət qalıb.
Buna görə də komanda bu həftəsonu keçiriləcək Niderland Qran Prisi də daxil olmaqla növbəti 4 yarışda Serxio Peresə yeni yarış mühəndisi verəcək.
Meksika mətbuatının verdiyi xəbərə görə 2021-ci ildən etibarən Serxio Peresin yarış bühəndisi olan Hyu Börd növbəti dörd yarışda atalıq məzuniyyətinə çıxacaq. Buna görə də Zandfort, Montsa, Bakı və Sinqapurda Bördü Riçard Vud əvəz edəcək.
Vud hazırda Serxio Peresin performans mühəndisidir. O, bu ilin Emiliya Romanya və Macarıstan Qran Prilərinin ilk sərbəst yürüşlərində meksikalı sürücüyə yarış mühəndisliyi etmişdi. Vud ilə işləməyin Serxio Peresdə necə təsir edəcəyi hamıya maraqlıdır. Bu performans 2025-ci il üçün çox vacib olacaq.
Şərh əlavə et