Kokpit.az bildirir ki, bu dəfə hədəf məşhur Laquna Seka avtodromunda yol maşınları üçün dövrəvi rekordu əldə etmək olub. Jesko modelinin Attack versiyası ilə edilən cəhd uğurlu alınıb və 1:24.86-lıq dövrə buna anil olublar. Əvvəlki rekord 2021-ci ildən etibarən Czinger 21C modelinə aid olub və Jesko Attack onu 0.58 saniyə inkişaf etdirib.
Maraqlıdır ki, həm maşın, həm də sürücü Markus Lund bu trası ilk dəfə ziyarət ediblər. Bu, Attack-ın ilk rekordu deyil – keçən ilin sonlarında İsveçdəki Qotland Rinq trasındakı Porsche 911 GT3 RS MR modelinə məxsus rekordu nə az, nə çox, düz 8 saniyə inkişaf etdirmişdi.
Qeyd edək ki, Jesko Attack böyük arxa qanadı sayəsində 800 kq asfaltayatma qüvvəsi hasil edir və bu tip traslarda üstünlük qazanır. Avtomobilin kapotunun altında iki turbomühərrikli 5,1 litrlik V8 mühərriki var. E85 yanacağı istifadə edildikdə, güc qurğusu 1193 kVt (1622 at gücü) güc yaradır. Koenigsegg-in fikrinə görə, Jesko Absolut versiyası 500 km/saatdan artıq sürət yığmağa qadirdir.
Şərh əlavə et