Kokpit.az xatırladır ki, Hyundai şirkətinin adı son dövrlərdə tez-tez Formula 1 ilə hallanır. Lakin Formula 1 cənubi koreyalılar üçün bir az fərqli mədəniyyət olduğu üçün bu tərəfdaşlıq müəmmalı görünür.
Lakin son illərdə Hyundai avtoidmanda fərqli işlər görməyə başlayıb. Buna görə də onların 2026-cı ildə olmasa da, növbəti illərdə Formula 1-ə gələcəyi gözlənilir.
Hyundai Motorsport-un rəhbəri Siril Abutebul bu barədə belə deyib: “Buna hazır olduğumuzu düşünmürəm. Formula 1 bizim üçün ayrı bir dünyadır. Oraya bir sponsor kimi getməyimiz mümkün deyil. Biz sərbəstik. Başqalarının xərclərini ödəmək bizim üçün xeyirli deyil. Bu bizim tərzimizə uyğun gəlmir. Bizim əsas hədəfimiz öz texnologiyamız ilə idmana gəlməkdir.
Uzun sözün qısası, hələ buna hazır deyilik, hətta maraqlanmırıq. Bəlkə uzun vədədə bu barədə düşünə bilərik, amma qısa vədədə heç hazır deyilik. Tək şansımız Formula 1-ə 2031-ci ildə gəlməkdir, amma həmin illə bağlı da hələ qərar verməmişik.
Formula 1-ə hazır olmaq üçün beş ilə ehtiyacınız olur. Məsələn, Audini misal götürək. Onlar da 2026-cı ildə idmana gələcəklər, amma buna 2021-ci ildə qərar vermişdilər”.
Şərh əlavə et