Xəbəri Kokpitdə Oxuyun!

F.Vassyör: Dalğalanma problemi düzəlsə, sürətlənəcəyik

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, dalğalanma problemini həll etsələr, performansları düzəlməyə başlayacaq.

Kokpit.az xatırladır ki, Ferrari mövsümə ən sürətli ikinci komanda kimi başlasa da, Barselonaya gətirdikləri yeniliklərdən sonra maşında dalğalanma problemləri yaranmağa başlayıb. Ondan sonra gətirilən yeniliklər dalğalanmanı daha da artırıb. Buna görə də mühəndislər yenidən əvvəlki versiya maşına qayıtmalı olublar. Komanda indi problemi həll etməyə çalışır və gözləyirlər ki, bu yeniliklər bolidi daha da sürətləndirəcək.

Frederik Vassyör: “Dalğalanma problemi həll olunduqdan sonra maşının performansı tezliklə artacaq. Problemi tez bir zamanda həll etmək üçün mümkün olan hər şeyi edirik. Heyif ki, dalağalanma probelmi ilə simulyatorda mübarizə aparmaq olmur, çünki bu çox faktordan asılıdır. Küləyin gücü və istiqaməti, asfaltın vəziyyəti hər sessiya dəyişir.

İrəliyə doğru addım atmışıq, amma rəqiblərimiz də eyni şeyi ediblər. Əsas məsələ odur ki, öndəki komandalara çatmaq üçün düzgün balansı tapmalısınız. Əgər limitləri aşsanız, geriyə düşməyə başlayırsınız. Mübarizənin belə yaxın olması gözəldir, ancaq heyif ki, hazırda ən güclü dördüncü komandayıq”.

Qeyd edək ki, Ferrari bu mövsüm Avstraliya və Monakoda olmaqla  iki qələbə qazanıb. “Qırmızılar” hazırda Mühəndislər Kubokunda Red Bull və McLaren-dən sonra üçüncü yerdə qərarlaşıblar.

 

Rauf Hacıyev

Şərh əlavə et