Kokpit.az xatırladır ki, fransalı sürücü keçən il Formula 2-də Dünya Çempionu olandan sonra Super Formula və İndyCar-da yarışıb. O, Sauber gənc sürücü proqramının üzvü idi. Hazırda onun adı 2025-ci il üçün Sauber ilə hallansa da, isveçrəlilər böyük ehtimalla Valtteri Bottasla müqavilə uzadacaqlar.
Bütün bunlara baxmayaraq Teo Purşer Formula 1-də yarışmaq ümidini itirməyib: “Bu çətin haldır, çünki Formula 1-dən əvvəlki son addım olan Formula 2-də Dünya Çempionu oldum. Formula 1 paddokundakı hər kəs Formula 2 sürücülərini izləyir. Onlar düşünürlər ki, növbəti illərdə Formula 1-də kim yarışacaq. Bunun üçün uyğun olduğumu düşünsəm də, orada yarışa bilmədim. Bu da çox məyusedicidir.
Düşünürəm ki, qapı hələ bağlanmayıb. Bura Formula 1-dir. Formula 1 Dünyasında nələrin baş verə biləcəyini heç vaxt proqnozlaşdırmaq olmaz. Burada dəlisov hadisələrin yaşandığını görürsünüz. Düşünürəm ki, özümü göstəmək üçün bir şansa layiqəm. Xüsusən də növbəti mövsüm üçün bəzi komandalarla danışıqlar aparıram, çünki Formula 1-də yarışa bilməsəm, İndyCar-da mübarizə aparmaq da istədiyim şeydir”.
Şərh əlavə et