Kokpit.az bildirir ki, bukmeykerlər Norrisi yay fasiləsindən sonrakı ilk yarışın favoriti hesab edirlər. Onun ən yaxın təqibçisi Ferstappendir, lakin əmsallar arasındakı fərq azdır. McLaren-in digər sürücüsü Piastri ilk üçlükdə olsa da, Maksın həmkarına demək olar ki, inanan yoxdur…
Lando Norris – 2.50
Maks Ferstappen – 3.25
Oskar Piastri – 5.00
Lyuis Həmilton, Corc Rassell– 8.00
Şarl Lekler– 17.00
Karlos Sayns – 26.00
Buna baxmayaraq, Ferstappen titulun sahibi üçün qoyulan əmsallar cədvəlində liderliyini davam etdirir. Buna səbəb xal fərqinin kifayət qədər böyük olmasıdır. Norrisin şansı ondan 5 dəfə az qiymətləndirilib…
Maks Ferstappen – 1.12
Lando Norris – 5.00
Oskar Piastri – 101.00
Şarl Lekler – 151.00
Lyuis Həmilton – 201.00
Mühəndislər Kubokunda isə vəziyyət daha maraqlıdır. Baxmayaraq ki, Red Bull hazırda çempionatda liderdir, idarənin əməkdaşları McLaren-in mövsümün gedişində onu üstələyəcəyini düşünürlər.
McLaren – 1.60
Red Bull – 2.20
Mercedes – 26.00
Ferrari – 34.00
Aston Martin, RB – 4501.00
Alpine, Sauber, Williams, Haas – 5001.00
Şərh əlavə et