Kokpit.az xatırladır ki, Avstraliyalı sürücü Formula 1-də keçən il debüt edib və keçən mövsüm Qətərdə sprint yarışında qalib gələrək “narıncılar”ın ümidlərini doğrultmuşdu. Gənc sürücü keçən ay Macarıstan yarışında qalib gəlib və yay tətilindən əvvəl Belçika yarışını ikinci yerdə bitirib.
Daha əvvəl Mixael Şumaxer və Fernando Alonso kimi çempionlarla işləmiş Flavio Briatore bildirib ki, 23 yaşlı Oskar Piastri çempion olmaq üçün hər şeyə sahibdir: “Piastri indidən ən yaxşı sürücülərdən biridir. Əminəm ki, Dünya Çempionu olacaq. Gələn il qazana bilməsə də, 2027-ci ildə bacaracaq. Macarıstandakı yarışdan 3 yarış əvvəl demişdi ki, növbəti 10 ili ən yaxşı sürücülərindən biri olacaq”.
Qeyd edək ki, Oskar Piastri Sürücülər Çempionatında dördüncü yerdədir.
Şərh əlavə et