Xəbəri Kokpitdə Oxuyun!

Çempionat yağışla qayıdır

Niderland Qran Prisi üçün ilkin proqnoz yarış həftəsonu dəyişkən hava vəd edir.

Kokpit.az xəbər verir ki, cümə günü Zandfortda gün ərzində yağış yağacağı gözlənilir, havanın temperaturu 22 dərəcəyə çatacaq. Şənbə günü havanın temperaturu 20 dərəcəyə enəcək, günün birinci yarısında yağıntı gözlənilir. Bazar günü də temperatur 20 dərəcə ətrafında qalacaq, lakin yağış dayanacaq və günəşli hava olacaq.

Xatırladaq ki, keçən il burada şənbə günü məşq və sıralanma turu yaş, qalan sessiyalar isə quru trasda baş tutmuşdu.

Elçin Zodorov

Şərh əlavə et