Xəbəri Kokpitdə Oxuyun!

C.Duhən Alpine-in yeni sürücüsü olacaq

Formula 1 şərhçisi Ted Kravitz bildirib ki, Cek Duhən növbəti mövsüm Alpine komandasının sürücüsü olacaq. 

Kokpit.az xatırladır ki, Esteban Okon ilin sonunda fransızların sıralarını tərk edəcək və Haas komandasına keçəcək. Lakin onu kimin əvəzləyəcəyi hələ də məlum deyil. Namizədlər isə çoxdur – Cek Duhən, Valtteri Bottas, Mik Şumaxervə Kevin Maqnussen. 

Ancaq Sky F1 kanalının pit yolu müxbiri Ted Kravitz bildirib ki, Cek Duhən keçən il yaxşı performans göstərdiyi üçün Alpine asanlıqla qərar verəcək.

Ted Kravitz: “Bi çox da çətin qərar deyil. Okonu Cek duhın əvəz edəcək və bunu hamı bilir”.

Ted Kravitz Cek Duhənin gələn il Pyer Qaslinin komanda yoldaşı olacağını deyib və Alpine-in yeni rəhbəri Oliver Ouksun komandanı inkişaf etdirmək üçün nə etməli olduğunu açıqlayıb: “Komandanın yeni məsləhətçisi Flavio Briatore Alpine-in və Viri-Çatillon bazasının hədəflərini yenidən qurmaq üçün bir müştəri motoruna ehtiyac duyur. Bəs bu motor hansı olacaq? Belə görünür ki, müzakirələr indidən başlayıb və məncə, Ouksun bu barədə narahat olmasına heç ehtiyac yoxdur. Əvvəlki komanda rəhbəri Bruno Famin bildirmişdi ki, 2025-ci ildə Mercedes motoruna keçməl üçün çox tezdir. Yəni ki, Viri Çatillonun mühərrik düzəltmək üçün hələ bir ili də var.

Ancaq 2026-cı il üçün Viridə hər şey həll olunduqdan sonra baza Luka de MEo və Renault-nun istədiyi vəziyyətə gətiriləcək. Bundan sonra mühərriyə qərar verəcəklər. Honda ya Ford olaraq marqalanmış Red Bull Powertrains ya Mercedes ya da Ferrari mühərriyi ilə davam edəcəklər.
Məncə, hansı yönə gedəcəklərini bilirlər. Sadəcə bazadakı hamını tanımaq, güclü tərəflərinin harada olduğunu görmək, harada inkişafın lazım olduğunu anlamaq və yeni hədəfləri müəyyən etmək üçün bir neçə aya ehtiyac olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et