Kokpit.az xatırladır ki, Red Bull rəhbərliyi bir müddətdir ki, Peres və Rikkardonu əvəzləmək üçün başqa variantları dəyərləndirir.
Red Bull gənc sürücü proqramının ən vacib iki üzvü olan Liam Louson və Aysek Həcər bir müddət Red Bull və VCARB oturacaqları üçün qabaqcıl namizədlər olublar.
Lakin Lourens Barrettonun iddiasına görə, Ayzek Həcər 2025-ci il üçün nə Red Bull, nə də VCARB komandalarının siyahısındadır.
Red Bull komandası Peresə performansını yaxşılaşdırmaq üçün hər cür fürsət verəcək ya da Rikkardonu onun yerinə gətirəcək. Belə olan halda Liam Louson VCARB komandasında yarışacaq.
Ayzək Həcər bu mövsüm Formula 2-də çempionluq uğrunda mübarizə apararaq Helmut Markonun rəğbətini qazana bilib. Bununla belə, Red Bull hazırda Helmut Markonun gözləntilərimizi qarşılayan”və “inanılmaz” istedad kimi təsvir etdiyi Həcəri Formula 1-ə gətirməyi düşünmür.
Şərh əlavə et