Xəbəri Kokpitdə Oxuyun!

J.Vilnöv: Çjou Formula 1-ə layiq deyil

Sabiq Formula 1 pilotu Jak Vilnöv bildirib ki, Quanyu Çjou Formula 1-də yarışmağa layiq deyil

Kokpit.az xatırladır ki, çinli sürücü Formula 1-də üçüncü mövsümünü keçirsə də, hələ də gözləntiləri qarşılaya bilmir.

Formula 1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv düşünür ki, Sauber komandası artıq Quanyu Çjoudan test və ehtiyat sürücü kimi istifadə etməlidir: “Çjou istəyir yarış pilotu olsun, istəyir ehtiyat sürücü kimi işləsin. Komandaya çoxlu sponsorlar cəlb edə bilir. Lakin onun nəticələrinə nəzər saldıqda görürük ki, Formula 1-də yarışmağa layiq deyil. Lakin komandası onu ehtiyat sürücü etdikdən sonra sponsorlardan eyni məbləğdə pul ala bilsə, çox gözəl olar. Yarış pilotluğuna da başqa sürücü gətirərlər”.

Rauf Hacıyev

Şərh əlavə et