Kokpit.az xatırladır ki, Le Man 24 saat, Monaqko Qran Prisi və İndy 500 yarışlarını qazanan sürücüyə Triple Crown yəni Üçlü Tac statusunu qazanır. Bu statusu avtoidman tarixində sadəcə Qraham Hill qazana bilib.
Fernando Alonso müasir dövrdə bu statusu qazanmağa yaxın olan sürücüdür, çünki o, həm Monako Qran Prisində qalib gəlib, həm də 24 saatlıq Le Man Marafonunun qalibi olub. İndi ona Üçlü Tac Statusunu qazanmaq üçün İndy 500-də qalib gəlmək bəs edəcək.
İspaniyalı sürücü 2017, 2019 və 2020-ci illərdə İndy 500-də iştirak etmiş və hər üçündə də xoşbəxt sonluğa çata bilməmişdi.
Lakin belə görünür ki, Fernando Alonso Formula 1-ə qayıtdıqdan sonra İndy 500 sevdasından əl çəkib: “Həmişə qazana biləcəyiniz uğurlar var. Hazırda Formula 1-ə köklənmişəm. Aston Martin ilə Formula 1-də Dünya Çempionu olmağı çox istəyərəm. Bu karyeramın və həyatımın böyük ehtimalla ən önəmli uğuru olar.
Dakar Rallisini qazanmaq hələ də arzularımdan biridir. İndy 500-ü də qazanmaq istəyirəm, amma gələcəkdə orada yenidən yarışıb-yarışmayacağımı bilmirəm. Dakarda isə qətiliklə yarışacağam. Formula 1 üzrə dünya Çempionu olmaq, 24 saatlıq Le Man Marafonunu qazanmaq və Dakar Rallisində qalib gəlmək çox qeyri-adi hadisə olar.
Həmişə inkişaf etmək istəyirəm, çünki karyeramdakı əsas hədəfim daha güclü olmaqdır. Olduğum yerdən heç vaxt razı deyiləm. Sabah daha güclü olmaq istəyirəm, amma gələn həftə və ya gələn ay ondan da yaxşı olmaq istəyirəm. Buna görə də uzun illərdir ki, yarışıram”.
Şərh əlavə et