Xəbəri Kokpitdə Oxuyun!

ASUS-un qayıdışı möhtəşəm olacaq

Asus Zenfone 12 Ultra gün üzünə çıxıb. Bəs bu ağıllı telefon istifadəçilərinə nə vəd edir?

ASUS növbəti flaqman modeli üçün işlərini intensivləşdirib. ASUS Zenfone 12 Ultra adlı cihaz artıq İMEİ sistemində görünüb. Bu da o deməkdir ki, yeni cihaz tezliklə satışa çıxarılacaq. Bəs Zenfone 12 Ultra bizə nələr təqdim edəcək?

Xarici resursların xəbərinə görə Zenfone 12 Ultra ASUSAI2501H model nömrəsi ilə gələcək. Bu da oyunsevərlərin telefonu olan ASUS ROG Phone 9 ilə çox bənzərdir. Rog Phone 9 ASUSAI2501D model nömrəsi ilə siyahıya alınmışdı. Bu da o deməkdir ki, Zenfone 12 Ultra ilə ROG Phone 9 seriyası eyni xüsusiyyətlətə sahib ola bilərlər. Əvvəlki modelləri nəzə alsaq, Zenfone 12 Ultra Qualcomm Snapdragon 8 Gen 4 proçessorundan gücünü alacaq. Bundan başqa cihazın 12/16GB  RAM ilə təchiz olunması gözlənilir.

Xatırladaq ki, Zenfone 11 Ultra modelində 6.78 düyməlik FHD+ pikselli və 144 Hz yenilənmə sürətli AMOLED LTPO ekranı quraşıdırılıb. Bundan başqa cihazda deşikli ekran dizaynını görürük. Bun başqa 2500 nit tepe parlaqlıq təqdim edir və HDR10 ilə Dolby Vision-u dəstəkləyir.

Yeni ağıllı telefonda 1TB-a qədər UFS 4.0 yaddaş sahəsi və 16 GB-a qədər LPDDR5x RAM seçimləri mövcuddur. Bundan başqa OİS və Gimbal dəstəkli 50 meqapiksel əsas, 13 Meqapiksel ultra geniş və 32 meqapiksel telefoto kameraları quraşdırılıb. Öndə isə 32 meqapiksellik selfie kameraları ilə şəkillərini çəkə bilərsiniz.

Zenfone 12 Ultra-nın nə zaman təqdim ediləcəyi hələ bilinmir. Lakin ASUS-un əvvəlki modellərini nəzərə alsaq, Zenfone 12 Ultra və ROG Phone 9-un 2025-ci ildə təqdim edilməsi gözlənilir.

 

Rauf Hacıyev

Şərh əlavə et