Kokpit.az bildirir ki, sıralanma turunun ilk hissəsində Cek Miller 1.28.567 zaman nəticəsi ilə ən sürətli sürücü olub. Onu Pol Esparqaro izləyib. Beləliklə, iki KTM sürücüsü də son sessiyaya qalıblar.
Son sessiyada sürücülər çox sürətli dövrələr vurublar. Xüsusən də ilk dəqiqələrdə sürətli dövrələr tez-tez dəyişibdir.
Françesko Banyaya 1.28.142 zaman nəticəsi ilə zirvəyə yüksəlib. Lakin çempionatın lideri Xorxe Martin 1.27.748 zaman nəticəsi ilə dövrəvi rekord qırıb və liderliyi rəqibindən alıb. Banyaya sonlara yaxın nəticəsini yaxşılaşdırsa da, Martini keçə bilməyib və beləliklə, poul ispaniyalı sürücünün olub.
Banyaya lider Martindən 0.141 saniyə geridə qalaraq ikinci olub. Mark Markes 2023-cü ilin motosikleti GP23 ilə 0.5 saniyə geridə qalaraq üçüncü olub. Aleş Esparqaro isə Ducati sürücülərindən sonra 4-cü olub. Miller 5-ci, Maverik Vinyales altıncı, Enea Bastyanini yeddinci yeri tutublar. Onluğu Franko Morbildelli, Marko Bezzekki və Pol Esparqaro bağlayıb.
Şərh əlavə et