Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Yenidən qazanmaq nağıl kimi idi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton yenidən zirvəyə qayıtmağı nağıla bənzədib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü bu il Silverstounda 2021-ci ildən sonra ilk qələbəsini qazanmış və daha sonra Belçikada da qalib gəlmişdi. Bu qələbə Maks Ferstappenin hegeminluğu dövründəki ilk Həmilton qələbəsi idi.

Lyuis Həmilton verdiyi açıqlamada qələbəsiz keçən iki ili belə izah edib: “Bu ikiilik proses əksər hallarda zehni cəhətdən aparılan mübarizə oldu. Öz psixoloji vəziyyətimi normal səviyyədə tutmaq və çox işləmək sonda həmişə bəhrəsini verir. Əsas olan necə yıxılmağın yox, necə ayağa qalxmağındır. İşlədiyin insanlarla necə münasibət qurmağındır. Qələbəsiz keçən bu zamanda daha yaxşı komanda yoldaşı olmağı öyrəndim, çünki komunikasiyaya köklənmək üçün daha çox vaxtımız oldu.

Bu geridönüşün öz vətənimdə, evimdə, ailəmin yanında reallaşması çox gözəl idi. Mercedes-dəki son Silverstoun yarışında…. Əsl nağıl kimi idi”.

Rauf Hacıyev

Şərh əlavə et