Xəbəri Kokpitdə Oxuyun!

H.Marko: Fettel qayıtmaq istəyir

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Sebastyan Fettel Formula 1-ə qayıtmaq barədə düşünür. 

Kokpit.az xatırladır ki, Formula 1-də transfer dedi-qoduları davam edir. Karlos Saynsın Williams komandasına keçidindən sonra hamının gözü Audi-yə çevrilib. Almaniyalı istehsalçının siyahısında hazırda çoxlu pilotlar var. 

Bir neçə gün əvvəl Almaniya mətbuatı yazmışdı ki, Sebastyan Fettel Audi ilə Formula 1-ə yenidən qayıda bilər. Bu söz-söhbətin resursu isə keçmişdə Sebastyanla işləmiş Helmut Marko idi.
Bundan sonra jurnalistlər Helmut Marko ilə əlaqə saxlayaraq, bu xəbər barədə soruşublar. Avstriyalı mütəxəssis bu suala belə cavab verib: “Sebastyanın ən yaxşı komandalarda boş yer axtardığı artıq heç kimə sirr deyil. Ancaq mən onunla Audi-nin adını bir çəkəndə dedim ki, orada bir alman sürücü yarışsa onlar üçün yaxşı olar. Burada isə mən Fetteli yox, Mik Şumaxeri nəzərdə tutmuşdum. Lakin belə görürəm ki, xəbərdə bu adı yazmaq yadlarından çıxıb”.
Sebastyan Fettel yaz aylarında həm Red Bull, həm də Mercedes komandaları ilə danışıqlar aparmışdı. Lakin hər iki komanda da ona “yox” cavabı vermişdi.
Helmut Markodan bunun səbəbi barədə soruşulub: “Sebastyan onsuz da iki ildir ki, yarışmır. Hülkenberq də uzun illər yarışmadı, amma dörd dəfə Dünya Çempionu olmadığı üçün uğura daha acdır. Red Bull komandasında Maksın yanın Sebastyanı gətirmək istəmərəm”.

Rauf Hacıyev

Şərh əlavə et