Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: 2025-ci ilə fokuslanmalıyıq

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, onlar növbəti mövsümdə inkişafa fokuslanmalı və 2025-ci ilə daha yaxşı start verməlidirlər.

Kokpit.az xatırladır ki, Aston Martin komandası keçən ilə ən sürətli ikinci komanda kimi başlamış və Fernando Alonso ilə ilk 8 yarışın 6-da podium qazanmışdı. Lakin “yaşıllar” 2024-cü ilə pis başlayıblar və hazırda turnir cədvəlində 5-ci yerdədirlər. 

İkiqat Dünya Çempionu Fernando Alonso komandanın qalan yarışlarda inkişafa yönlənməsini gözləyir. İspaniyalı sürücü bununla da 2025-ci il mövsümündə daha stabil və daha yaxşı performans istəyir.

Fernando Alonso artıq qəbul edir ki, bu il ilk 4 komanda ilə mübarizə aparmaq mümkünsüzdür, ancaq AMR24 inkişaf etdirilməlidir: “İlk dörd komanda hazırda əlçatmazdırlar. Buna görə də inkişafımızı yaxşılaşdırmalı və növbəti mövsüm üçün performansımızı gücləndirməliyik.

Məqsədimiz və mənim şəxsi arzum inkişaf prosesində daha rahat yön tapmaq və qış fasiləsindən əvvəl nə edəcəyimizə dair daha çox inam qazanmaqdır. Belə etsək, 2025-ci il bizim üçün normal il olar”.

Rauf Hacıyev

Şərh əlavə et