Kokpit.az xatırladır ki, hazırda Formula 1-də hər iki cəbhədə də mübarizə gedir. McLaren komandası Mühəndislər Kubokunda Red Bull-dan 42 xal geridədir. Digər tərəfdə isə Sürücülər Çempionatında Lando Norris lider Maks Ferstappendən 78 xal geridə qalır.
Bəziləri düşünürlər ki, Lando Norris qalan 10 yarışda 78 xallıq bu fərqi bağlayaraq Dünya Çempionu olacaq.
Lakin Williams komandasının sürücüsü Aleks Elbon bildirib ki, bu mümkün deyil və McLaren komandası Mühəndislər Kubokuna köklənməlidir: “İnanmıram ki, Lando çempionatın sonunda Maksı keçə bilsin. Məncə, onlar Sürücülər Çempionatındansa, Mühəndislər Kuboku ilə maraqlanmalıdırlar. Hər yarışda zirvə uğrunda əsl mübarizə görürük. Son illərdə həmişə orta qrupda mübarizələr görürdük. İndi isə bu ən yaxşı komandalar arasında gedir və bunu görmək gözəldir”.
Şərh əlavə et