Kokpit.az xatırladır ki, Avstriyada keçirilən yarışa Xorxe Martin pouldan başlasa da, startda Françesko Banyaya rəqibini geridə qoyub. İki sürücü ilk dövrələrdə yaxın mübarizə aparsalar da, Martin bir döngədə əylənmədə gecikib və trası kəsməli olub. Düzdür, ispaniyalı sürücü trasa lazım olan yerdə – Banyayanın arxasında qayıdıb, amma lazım olan intervalı saxlaya bilmədiyi üçün stüardlar ona uzun dövrə cəzası veriblər.
Xorxe Martin uzun dövrə cəzasından sonra trasa Mark Markesin arxasında üçüncü yerdə qayıdıb. Artıq hər kəs yarışın belə nəticələnəcəyini gözlədiyi vaxtda Mark Markes motosikletinin idarəetməsini itirərək, yıxılıb və mübarizəni dayandırıb.
Beləliklə, Banyaya sprint yarışının qalibi olub. İkinci yeri Xorxe Martin, üçüncü yeri Aprilia-dan Aleş Esparqaro tutub. Ducati komandasının digər sürücü Enea Bastyanini dördüncü, Cek Miller beşinci, Franko Morbidelli isə altıncı olub. Onluğu Bred Binder, Marko Bezzekki, Pol Esparqaro və Pedro Akosta bağlayıblar.
Şərh əlavə et