Xəbəri Kokpitdə Oxuyun!

Sulayem: Sərt tədbirlər görüləcək

FİA prezidenti Mohamed Ben Sulayem sosial şəbəkələrdə rəsmilərin təhqir olunmasına səbəb olan mənfi şərhlərə cavab olaraq Formula 1 stüardlarından sərt addımlar tələb edir.

Kokpit.az xəbər verir ki, bu yaxınlarda aparılan araşdırma sürücülərin mənfi şərhləri ilə sosial şəbəkələrdəki onlayn təzyiqlərin, tənqidlərin artması arasında mütənasiblik tapıb. Ümumdünya Avtoidmanı Şurasının son iclasında stüardların qərarları üçün əsas təşkil edəcək “pis davranış” anlayışı qəbul edilib.

FIA prezidentinin bəyanatı: “Onlayn istismara qarşı davam edən mübarizəmizin bir hissəsi kimi apardığımız araşdırmalar sürücülər və komanda üzvlərinin mənfi şərhləri ilə sosial mediada rəsmilərə qarşı təzyiq və istismar hallarının artması arasında birbaşa əlaqə olduğunu göstərir. Ümumdünya Şurasının son iclasında idmanımızın tanınmış üzvlərinin rəsmilərə qarşı təzyiqlərə səbəb olan bəyanatlar verməsindən sonra qanun pozuntusunun tərifi yenilənib.

Bu, vaxtlarını idmanımızın təkmilləşdirilməsinə və onun təhlükəsiz və ədalətli saxlanmasına həsr edən FİA rəsmilərinə və könüllülərə əlavə dəstək verəcək. Stüardlar zorakılığın bu forması ilə mübarizədə qətiyyət nümayiş etdirməyə hazır olmalıdırlar. Onlar qərar qəbul edərkən mənim tam dəstəyimə arxalana bilərlər. Mən onları federasiyanın bizim idmanımızda heç bir şəkilkdə belə hallara dözməyəcəyini göstərməyə çağırıram”.

Elçin Zodorov

Şərh əlavə et