Xəbəri Kokpitdə Oxuyun!

İlk nəsil Volkswagen Amarok pikapı yenilənib

Volkswagen Amarok pikapı 2010-cu ildə debüt edib, pikapın ikinci nəsli isə, iki il əvvəl buraxılıb. Yeni Amarok Ford Ranger modelinin texniki qohumudur və hətta yalnız Cənubi Afrikadakı Ford zavodunda istehsal olunur və əsasən Avropa, Afrika, Avstraliya və bəzi Asiya ölkələrində satılır. Bu arada, Volkswagen hələ də Latın Amerikası üçün “ilk” Amarok pikapını istehsal edir və onu yeni modellə əvəz etmək niyyətində deyil. Bunun əvəzinə mövcud olan Amarok pikapının növbəti restaylinqi hazırlanıb.

Pikap ən son Volkswagen modellərində tətbiq edilən yeni korporativ dizayn üslubunda görünüşü alıb. Bamper, radiator barmaqlığı və hətta kapot dəyişdirilib, yığcam LED faralar və gündüz hərəkət işıqlarının bütöv xətti peyda olub. Yan və arxa tərəf demək olar ki, dəyişməz qalıb, üstəlik, 20-düymlük ikirəngli təkər diskləri əlçatandır. Dəyişdirilmiş kuzov dəsti  ikicərgəli kabini olan pikapın uzunluğunu 96 millimetr (5350 millimetr) artırılıb.

İnteryerdəki yeniliklər ilk növbədə elektronikaya aiddir. “Birinci” Amarok ilk dəfə virtual cihazlar panelinə sahib olub və media sisteminin altı düymlük ekranı öz yerini on düymlük displeyə verib. Ön panelin yuxarı hissəsində yeni elektron köməkçilər dəstindən və adaptiv kruiz-kontroldən daxil olan səsli və vizual xəbərdarlıqları göstərən Safety Tag indikatoru peyda olub. İki USB konnektoru əlavə edilib, yeni ön oturacaqlarda isə, ergoComfort texnologiyası tətbiq olunub.

Mühərriklər əvvəlki kimi qalır: bunlar 2.0 TDI (140 və ya 180 at qüvvəsi) və 3.0 V6 TDI (258 at qüvvəsi)  turbodizelləridir. Altı pilləli mexaniki və səkkiz pilləli avtomatik transmissiyalar təklif olunur. baza versiyaları arxa ötürməliodirlər, mexaniki ötürmələr qutusu olan avtomobillər üçün ön oxun sərt qoşulması və azaldıcı pilləsi olan 4Motion tam ötürməsi nəzərdə tutulub. İki pedallı pikaplarda azaldıcı pilləsi olmayan, lakin mərkəzi Torsen differensialı olan daimi tam ötürmə sistemi var.

Amarok pikaplarının buraxıldığı Argentinanın Paçeko zavodunda yenilənmiş pikapların istehsalına başlanılıb. 14 il ərzində bu müəssisədə 740 mindən çox Amarok istehsal edilib ki, onların da 65 faizi ixrac edilib. Yenilənmiş model digər ölkələrə də tədarük ediləcək, lakin Latın Amerikasından kənarda satılmayacaqlar.

Autograph.az

Rauf Hacıyev

Şərh əlavə et