Xəbəri Kokpitdə Oxuyun!

Hunqarorinqdə yenidənqurma işləri aparılır

Macarıstan Qran Prisindən cəmi bir ay keçib və bu qısa zaman ərzində trasda bir çox dəyişiklik baş verib.

Kokpit.az xəbər verir ki, yarışın idarə olunması mərkəzinin və pit kompleksinin binaları artıq bir ay əvvəlki deyil – onlar sökülüb.

Trasın rəhbərliyi yenidənqurma işlərini davam etdirir. Rekonstruksiya işlərinin növbəti addımı müasir pitlərin və yeni yarış idarəetmə qülləsinin tikintisidir. Mətbuat xidməti trasda aparılan işlər barədə şəkillər dərc edib və hər şeyin plana uyğun davam etdiyini bildirib.

Xatırladaq ki, Hunqarorinq trası 1986-cı ildən etibarən Formula1-ə fasiləsiz ev sahibliyi edir və müqaviləsi ən azı 2032-ci ilə qədər davam edəcək.

Elçin Zodorov

Şərh əlavə et