Kokpit.az xatırladır ki, Fernando Alonsonun Aston Martin komandası ilə 2026-cı ilin sonunda başa çatacaq.
Fernando Alonso Formula 1 karyerasına 2001-ci ildə Minardi ilə karyerasına başlamışdı. O, bu illər ərzində 391 yarışda iştirak edib və peletondakı ən təcrübəli sürücü sayılır.
İspaniyalı sürücü 2018-ci ilin sonunda Formula 1-dən getmiş və karyerasına iki il fasilə vermişdi. 2021-ci ildə Formula 1-ə qayıdan ikiqat Dünya Çempionu iyulun sonunda 43-cü yaşını qeyd etmişdi.
Aston Martin aprel ayında Alonso ilə 2026-cı ilin sonuna qədər müqavilə uzatmışdı. 2026-cı ildə idmanda yeni texniki reqlament başlayacaq və Aston Martin Honda ilə tərəfdaşlığa başlayacaq. Buna görə də 2026-cı ildə güc balansının necə olacağı hamıya maraqlıdır.
43 yaşlı sürücü 2003-2006-cı illərdə Renault komandasında çıxış etmiş və 2005, 2006-cı illərdə iki dəfə Dünya Çempionluğu yaşanmışdı. Həmin dövrlərdə onun həm meneceri, həm də komanda rəhbəri Flavio Btiatore var idi. Alonso və Briatorenin dostluğu indi də davam edir və onlar çox yaxındırlar.
Bu il Alpine komandası ilə yenidən Formula 1-ə qayıdan Flavio Briatore verdiyi son açıqlamada bildirib ki, Fernando Alonso 2026-cı ilin sonunda idmandan gedə bilər. Lakin o, əlavə edib ki, ikiqat Dünya Çempionu 2026-cı ildəki çıxışından asılı olaraq karyerasına davam edə bilər.
Flavio Briatore: “Onun gələcəyi barədə bir şey bilmirəm. Spada çox ağıllı taktika seçdi. Bir dəfə pit-stop etdi və təcrübəsinə görə yaxşı nəticə qazandı. Müqaviləsi bitdikdən sonra Fernandonun davam edib-etməyəcəyini bilmək istəyirsiznizsə, hələlik son ilimiz 2026-cı ildir. Daha sonra nə etmək istəyəcəyini bilmirəm. Daha bir il yarışmaq istəyər?
Performansı var. Fernandonun performansını onsuz da görürsünüz. Yarışa olan diqqətini və hazırlığını itirməyib. Yarış vaxtı həmişə çox diqqətlidir. 11-ci yerdə gedirsə, 10-cu olmaq istəyir. Əgər 10-cudursa, 9-cu olmaq istəyir. Maşının rəqabətədavamlı olmasını istəyir. Sıralanma turunda yaxşı dövrə vurur. Yaxşı yarışır.
Düzünü desəm 2026-cı ili son ili olaraq görür ya karyerasına davam etmək istəyir bilmirəm. Bu yarışla bağlı hisslərindən və zamandan asılıdır. O zamana qədər ailə qurub-qurmayacağını bilmirəm. Amma qətiliklə onun bənzəri yoxdur. Hələ belə sürücü görməmişdim. Hər gün çox qərarlıdır. Heç vaxt təslim olmur. İnanılmazdır”.
Flavio Briatore əlavə edib ki, Fernando Alonso çox intizamlıdır. Bu da onun karyerasının bu qədər uzun olmasında vacib faktordur. Flavio bildirib ki, Alonso yarışlar qazandığı illərə nisbətən dietasına daha çox diqqət yetirir.
Flavio Briatore: “Fernando Alonsonu 22 ildir ki, mən idarə edirəm. 22 illik evliliyimiz var. Fernandonu anlamaq hələ də çox çətindir, çünki Fernando hələ də gənc sürücülər kimi çox motivasiyalıdır.
Həmişə ideal formadadır. Bəlkə də mənimlə yarışdığı dövrdən daha çox formadadır. Monakoda yaşayır. Hər gün velosiped sürdüyünü bilirəm. Hər gün velosipedlə 60-80 kilometr yol qət edir. Hər gün idman zalına gedir. Nə vaxt yemək yeməyə getsək, çox diqqətli olur. Artıq heç nə yemir. O, inanılmaz adamdır”.
Şərh əlavə et