Xəbəri Kokpitdə Oxuyun!

Xaqani küçəsində hərəkət məhdudlaşdırılacaq

15-18 avqust tarixlərində gecə saatlarında Xaqani küçəsinin qeyd olunan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Paytaxt Bakıda keçiriləcək 2024-cü il Formula 1 Azərbaycan Qran Prisinə  hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir. Belə ki, avqustun 15-i saat 22:00-dan etibarən avqustun 18-i səhər saat 06:00-a qədər, Sahil bağından Axundov kitabxanasına tərəf olan yerüstü piyada keçidinin quraşdırılması ilə əlaqədar Xaqani küçəsinin Xaqani-Bülbül kəsişməsi  və Xaqani-Rəşid Behbudov prospektinə qədər olan hissədə qeyd edilən saatlarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Məhdudiyyət qoyulan vaxtlarla bağlı dəqiq məlumatı təqdim edirik:

15 avqust saat 22:00-dan 16 avqust saat 06:00-dək
16 avqust saat 22:00-dan 17 avqust saat 06:00-dək
17 avqust saat 22:00-dan 18 avqust saat 06:00-dək

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə göstərdikləri anlayış üçün təşəkkür edir.

Elçin Zodorov

Şərh əlavə et