Xəbəri Kokpitdə Oxuyun!

V.Bottas karyerasını bitirmək istəyib

Sauber komandasında çıxış edən Valtteri Bottas 2018-ci il mövsümündən sonra Formula 1 karyerasını bitirmək istəyibmiş.

Kokpit.az xatırladır ki, finlandiyalı sürücü 2018-ci ildə Mercedes komandasının şərəfini qoruyurdu. Həmin il Valtteri üçün yaxşı keçməmiş və Azərbaycan, Rusiya yarışlarında qələbəyə yaxın olsa da, müxtəlif səbəblərə görə podiumun zirvəsinə çıxa bilməmişdi. O, mövsümü qələbəsiz qapatdıqdan sonra sərt tənqidlərin hədəfi olmuş və buna görə də idmandan getməti düşünmüşdü.

Valtteri Bottas: “İdmanımız mənə çox şey öyrətdi. Çox şey yaşadım. Bir dəfə az qala karyeramı bitirirdim. Formula 1 Dünyasından bezmişdim və düşünürdüm ki, mənə haqsızlıq edirlər. Bu hal 2018-ci ilin sonunda yaşandı.

Daha sonra özümə gələ bildim və 2019-cu il mövsümünə qələbə ilə başladım. Bu mənim üçün dönüm nöqtəsi idi.

Sonda anladım ki, bəzən bir addım geri gedib, böyük rəsmə baxmaq lazımdır. İndi də bunu edirəm. Ən xırda problem olan zaman bir addım geri gedib, ətrafıma baxmağa çalışıram.

Bir ailəm var, sağlamdırlar, mən də hələ yaşayıram, sevdiyim işlə məşğulam, yaxşı evim var. Bir addım geri gedib, hər şeyi yerinə oturtmaq olar və şikayət etməyi sonlandıra bilərsiniz. Sonda Formula 1-də qalmaq mənim üçün çox vacib idi”.

Rauf Hacıyev

Şərh əlavə et