Kokpit.az bildirir ki, Ferrari komandası mövsümə pis başlamamışdı. “Qırmızılar” Red Bull-dan sonra ən sürətli ikinci komanda kimi görünürdülər. Lakin Barselona yarışında gətirilən yeniliklərdən sonra maşında dalğalanma problemləri yaranmağa başlayıb və ondan sonra italyanlar ən sürətli dördüncü komanda kimi görünüblər.
Buna baxmayaraq, komandanın rəhbəri Frederik Vassyör bu geriləməni dramatikləşdirmir və düşünür ki, mövsümün ikinci yarısındakı yarışlar onlar üçün əlverişli olacaq: “Önümüzdə bizim üçün uyğun olan bir neçə yarış var. Montsa, Bakı və Sinqapur bu yarışlardan bəziləridir. Bu traslar xüsusiyyətlərinə görə maşınımız üçün əlverişlidirlər, amma hər şeydən vacib xal qazanmağa davam etməkdir.
McLaren və Red Bull-un xal itirmə ehtimalı olan Spada əsas məqsəd yaxşı xallar yığmaq idi və demək okar ki, bunu bacardıq.
Eyni hədəfi Zandfort trasında da qarşımıza qoymalıyıq, çünki orada bizi asan yarış gözləmir. Lakin Niderlandı çıxmaq şərti ilə üç və ya dörd yarışda daha güclü olacağımızı düşünürəm”.
Şərh əlavə et